Millət vəkili Q.Paşayevanın Özbəkistanın Namanqan şəhərinin Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması təklifi bölgə rəhbəri tərəfindən dəstəklənib

Millət vəkili Q.Paşayevanın Özbəkistanın Namanqan şəhərinin Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması təklifi bölgə rəhbəri tərəfindən dəstəklənib.

Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Namanqan vilayətinə səfər çərçivəsində Vilayətin rəhbəri-hakim Xayrullo Bozarov ilə görüşüb. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim qeyd edib ki, Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Millət vəkili Qənirə Paşayeva  Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Namanqanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib. Millət vəkili
Qənirə Paşayeva oktyabr ayında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib. Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, beynəlxalq təşkilatlarda bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq edib və inanırıq ki, bundan sonra da qardaş Özbəkistan hər zaman Azərbaycanın yanında olacaq və Qarabağ məsələsində Azərbaycana dəstəyini daha da artıracaq. Azərbaycan da hər zaman qardaş Özbəkistanın yanındadır deyən millət vəkili Qənirə Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında siyasətçilərlə yanaşı, ictimai xadimlərin, ziyalıların, yazar və şairlərin, elm xadimlərinin, mətbuat və medianın, qadın və gənclər təşkilatlarının, iş adamlarının da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, ziyalılarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva Namanqanda Azərbaycanın daha geniş tanıdılmasına Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını və Namanqanda da təqdimatının keçiriləcəyini deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. Azərbaycanda Namanqanın daha çox tanınmasına xidmət edən layihələrin, tədbirlərin artmasının vacibliyindən danışıb və bu istiqamətdə konkret təkliflərlə çıxış edib. Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Namanqan hakimi tərəfindən müsbət qarşılanıb. Millət vəkili Qənirə Paşayevanın Özbəkistanın 2-ci böyük şəhəri Namanqanın Azərbaycan bölgələrinin biri ilə qardaşlaşması təklifini böyük məmnuniyyətlə dəstəklədiyini deyən vilayətin rəhbəri-hakim Xayrullo Bozarov buna çox böyük ehtiyac olduğunu qeyd edib və bu cür addımların iki qardaş ölkənin əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini deyib. Namanqanla Azərbaycan arasında həyata keçirilən bütün layihələr və işlərə dəstək göstərməyə hazırıq, qardaş Azərbaycandan daha çox insanlarımızı Namanqana gözləyirik deyən Vilayətin rəhbəri-hakim Xayrullo Bozarov millət vəkili Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyaram deyib. Görüşün sonunda vilayətin rəhbəri-hakim Xayrullo Bozarov millət vəkili Qənirə Paşayevaya Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim edib. Millət vəkili Qənirə Paşayeva vilayətin rəhbəri-hakim Xayrullo Bozarova Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışaraq, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Namanqanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Namanqan kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarınin, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və Azərbaycan dillərinə tərcümə edilərək çap olunub. Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, Hədəf liseyinin direktoru Şamil Əliyev yaradıcı təşkilatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Namanqan vilayətinin və Azərbaycanın bir məktəbi ilə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.  Görüşdə Azərbaycandan şagirdlərinin Özbəkistanın Namanqan vilayətinə, bu vilayətdən isə şagirdlərin Azərbaycana ekskursiyaların, mübadilə proqramlarının təşkili müzakirə olunub, tərəflər bir-birinin tarixini, mədəniyyətini, nailiyyətlərini öyrənmək, qarşı tərəfə təqdim etmək istiqamətində maraqlı fikir mübadiləsi ediblər. Sonra tərəflər qarşılıqlı olaraq bir-birilərinə hədiyyələr təqdim edib, qarşılıqlı olaraq əlaqələrin inkişaf etdirilməsi, müzakirə olunan məsələlərə dair hər iki ölkənin rəhbərliyinə təkliflər verilməsi barədə razılığa gəliblər. Millət vəkili Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Namanqan filialının rəbərliyi ilə görüşüb.Qeyd edək ki, Özbəkistanın şərqində Qırğızıstanın Cəlalabad, Oş vilayətləri ilə sərhəddə yerləşən Namanqan vilayəti qardaş ölkənin sənaye cəhətdən inkişaf etmiş iqtisadi rayonlarındandır. Mərkəzi Namanqan şəhəri, 11 rayonu olan Vilayətin ümumilikdə əhalisi 2 milyon 379 min təşkil edir.  Fərqanə vadisinin bir hissəsində yerləşən vilayətin əsas iqtisadiyyatı pambıqçılıq, üzümçülük, ipəkçilik təşkil edir.

Millət vəkili Q.Paşayeva Özbəkistanın 2-ci böyük şəhəri olan Namanqanda Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib və ziyalılara çağırış edib

Millət vəkili Q.Paşayeva Özbəkistanın 2-ci böyük şəhəri olan Namanqanda Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib və ziyalılara çağırış edib

Özbəkistanın Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində bu ölkənin Yazıçılar İttifaqının Namanqan şöbəsi, “Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə “Əbədi dostluq” adlı tədbir və millət vəkili Q.Paşayevanın Özbəkistanda çıxmış kitabının təqdimat mərasimi keçirilib.  Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Namanqan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə şəhər hakimiyyətinin, ictimaiyyətinin nümayəndələri, elm, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.  Tədbiri Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimov açaraq dili, mədəniyyəti, adət və ənənələri, dini eyni olan Azərbaycan və Özbək xalqlarının tarix boyu dostluğu və əməkdaşlığından danışmış, bu əlaqələrin müstəqillik dövründə strateji partnyorluq səviyyəsinə yüksəldiyini bildirib. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizin, ədəbiyyatımıza həsr olunmuş tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın Namanqana səfəri, keçirdiyi görüşləri və müəllifi olduğu kitabın Özbəkistanın 2-ci ən böyük şəhəri olan Namanqanda təqdimatının keçiirlməsini yüksək qiymətləndirib..  Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti, Yazıçılar İttifaqının tərcümə bölməsinin rəhbəri, tanınmış Namanqanlı Adxambek Alimbekov Azərbaycanla ədəbi əlaqələrin daim prioritet olduğunu, şairlərimizin daim bir-birindən ilham aldığını və böyük əsərlər yaratdığını qeyd etmiş, müstəqillik dövründə də Azərbaycanla ədəbi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Artıq Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümə əsərlərinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilinə tərcümə edildiyi və Daşkənddə çap edildiyini söyləyən alim Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın fəaliyyəti haqqında və Özbəkistanda çapdan çıxmış kitabı haqqında geniş məruzə ilə çıxış edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzin direktoru Samir Abbasov Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların fəaliyyətinə nəzər salıb, azərbaycanlıların daim Özbəkistanın çiçəklənməsi üçün çalışdıqlarını qeyd edib. Diplomat iki ölkənin regionları, onların təhsil, mədəniyyət müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, müəllim, tələbə və mütəxəssislərin qarşılıqlı mübadiləsinin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. O, dostluq əlaqələrinin genişləndirilməsində millət vəkilləri, şair və yazıçıların, ictimaiyyət nümayəndələrinin böyük rolu olduğunu söyləyib. Millət vəkili Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məruzə ilə çıxış edib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Millət vəkili əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda Özbək dilində  kitabının nəşr olunduğundan məmnunluq hissi keçirdiyini deyib və əməyi keçənlərə təşəkkürünü bildirib.  Millət vəkili Qənirə Paşayeva Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bu əlaqələri, əməkdaşlığı daha da genişləndiməliyik deyib və bu istiqamətdə təkliflərlə çıxış edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları,  Xocalı Soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.  Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib. Millət vəkili Q.Paşayeva Azərbaycanın tarixi, mədəniyyətinə dair materialları Namanqan Vilayət hakiminin müavini Paxriddin Matkarimova və Özbəkistanın tanınmış aydınlarına hədiyyə edib. Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhvə verdiklərini bildirib. Naşir millət vəkili Qənirə Paşayevanın kitabının  Özbəkistanda özbək türkcəsində çap etməkdən və bir çox vilayətlərdə təqdimat və görüşləri təşkil etməkdən məmnuniyyət duyduğunu deyib və bu cür layihələrin iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına müsbət töhfələr verdiyini vurğulayaraq onların sayını daha da artıracayıq deyib. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər. Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın Özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilmiş, kitabı təqdimatı keçirilmiş və Q.Paşayevanın  sözlərinə özbək bəstəkarlarının bəstələdiyi mahnılar səsləndirilib. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Namanqanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Namanqanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət edib.

Özbəkistan Yazıçılar İttifaqında millət vəkili Q.Paşayeva ilə görüş və onun Özbəkistanda çap olunan kitablarının təqdimatı olub

Ganira Pashayeva

Özbəkistan Yazıçılar İttifaqında millət vəkili Q.Paşayeva ilə görüş və onun Özbəkistanda çap olunan kitablarının təqdimatı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.  İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayaraq qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib. Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə…

View original post 830 daha çox kəlmə

Özbəkistan Yazıçılar İttifaqında millət vəkili Q.Paşayeva ilə görüş və onun Özbəkistanda çap olunan kitablarının təqdimatı olub

Özbəkistan Yazıçılar İttifaqında millət vəkili Q.Paşayeva ilə görüş və onun Özbəkistanda çap olunan kitablarının təqdimatı olub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib. Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.  İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayaraq qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib. Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb.  Diplomat tərcümə layihələrini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər iki ölkənin dilçi alimlərinin iştirakı ilə “Azərbaycanca-Özbəkcə, Özbəkcə – Azərbaycanca lüğəti”nin nəşr olunduğunu və son illər tərəflər arasında ədəbi əlaqələrdə böyük canlanma olduğunu vurğulayıb.  Qeyd edək ki, Özbəkistan Yazıçılar ittifaqında keçirilən təqdimat mərasimi çərçivəsində millət vəkili, şairə Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.  Yazıçılar ittifaqının böyük zalında baş tutan təqdimat mərasimini Özbəkistan Yazıçılar ittifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanı Azərbaycan Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim kimi təhlil edib, onun yaradıcılıq fəaliyyəti haqqında danışıb.  Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanı özbək dilində kitabının çıxması münasibəti ilə təbrik edib, onun yaradıcılığı haqqında söhbət açıb. Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur, şeirlər, məqalələr də yazaraq çoxlu kitabları nəşr ı çap olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığı, ikitərəfli mədəni-ədəbi əlaqələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, qarşılıqlı səfərlər haqqında danışaraq, qardaş ölkədə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap olunduğunu qeyd etmişdir. Diplomat millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin, layihələrin ikitərəfli əməkdaşlıq üçün faydalı olduğunu qeyd edib. Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. O ta qədimdən Özbəkistanda Azərbaycanın şair və yazıçılarının sevildiyini, Azərbaycanda da özbək şair və yazıçılarının çox maraqla qarşılandığını vurğulayıb. Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu və bu işdə tərcüməçi Camal Kamala öz təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan – Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bu əlaqələri, əməkdaşlığı daha da genişləndiməliyik deyib və bu istiqamətdə təkliflərlə çıxış edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən “Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.  Millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib.  Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dlinə çevirdiyini diqqətə çatdırıb. Deyilib ki, poemaların dördü artıq çap edilib, biri də çap ərəfəsindədir. Bildirdi ki, “Qənirə xanım siz mənim 80 illik yubileyimi Bakıda qeyd edəndə dediniz ki, sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda  da edəcəyik inşallah. Mən o günü səbrsizliklə gözləyirəm. Qarabağ sizin qədər, bizim də ağrımızdır.” Millət vəkili Q.Paşayeva  “ustad Camal Kamala demək istəyirəm ki, inşallah sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimizi gözəl Dağlıq Qarabağımızda qeyd edə biləcəyimizə inanırıq. Bunun üçün qardaş dövlət və toplumlar olaraq birliyimizi daha da artırmaqlıyıq” deyib.
Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.
Daha sonra tədbirdə Özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz millət vəkili Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmş mahnılar ifa ediblər.

 

Millət vəkili Q.Paşayeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edərək birliyimizi daha da gücləndirməliyik deyib

Millət vəkili Q.Paşayeva Özbəkistanın paytaxtı Daşkənddə keçirilən önəmli tədbirlərdə çıxış edərək birliyimizi daha da gücləndirməliyik deyib.

Millət vəkili Qənirə Paşayeva Daşkənddə “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olmuşdur. Sonra isə Azərbaycandan gəlmiş nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə birgə“Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçirmişdilər. İlk öncə Musiqi teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşmüş, sonra isə özbək dramaturqu Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında hazırlanmış tamaşaya baxış olmuşdur. Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırmış və sözü çıxış üçün millət vəkili Qənirə Paşayevaya vermişdi. Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışmış, bu əlaqələrin qədim tarixi, bugünki vəziyyəti, iki xalq arasındakı tarixi dostluq, xüsusi ilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış etmişdir. Qənirə Paşayeva öz çıxışında qeyd etmişdir ki, 1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini səhnəyə qoymuşdurlar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm etmişdir. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilmişdir. Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam etmişdir. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Hər iki qardaş ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən millət vəkili Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. Millət vəkili Q.Paşayeva bildirdi ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək.  Daha sonra, millət vəkili Qənirə Paşayeva Özbəkistan tərəfinə Azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-Azərbaycan luğəti”ni hədiyyə etmişdir. Açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış etmişdir. O, iki tərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışmış və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirmişdir. Mədəniyyətin iki tərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirmişdir. Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olmuşdur.

Millət vəkili Qənirə Paşayeva eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilən Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimində iştirak edib və çıxış edərək ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkə arasında bu kimi tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Millət vəkili Q.Paşayeva “Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.

Millət vəkili Q.Paşayeva MM-də uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməsinə çağırıb

Millət vəkili Q.Paşayeva MM-də uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməsinə çağırıb.

Millət vəkili Q.Paşayeva MM-in payız sessiyasının ilk iclasında uşaqlar, gənclərlə bağlı qəbul olunan qanunların icrasına ciddi nəzarət edilməlidir deyib və bildirib ki, uşaqlar, gənclərlə bağlı qəbul edilən qanunların icrasına ciddi nəzarət mexanizmləri qurulmalıdır: “18 yaşına çatmamış uşaqlara siqaret və tütün məmulatlarının satışı qanunla  qadağan edilməsinə baxmayaraq, demək olar ki hər yerdə siqaret, tütün məmulatları satılır. Qanunda siqaret və tütün məmulatlarının satış obyektlərinin məktəblərdən hansı məsafədə yerləşməli olduğu ilə bağlı tələbin olmasına baxmayaraq, demək olar ki əksər məktəblərin çox yaxınlığında siqaret və tütün məmulatları satılır.” Millət vəkili Q.Paşayeva ictimai, qapalı yerlərdə siqaret və tütün məmulatlarından istifadənin qadağan edilməsi, məhdudlaşdırılması haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu dedi: “Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla bu qanunun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, uşaqların, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar qanunun icrasına nəzarət edilməsinə ciddi  yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar. Hesab edirəm ki, qəbul edilən qanunların icrasına məsul olan qurumların öz vəzifələrinə ciddi yanaşmaları üçün qanunvericiliklə tələblər daha  sərtləşməlidir və biz hamımız çalışmalıyıq ki, bu gün qəbul etdiyimiz uşaqların zərərli informasiyaların təsirindən qorumaq istiqamətində qanun layihələri də daxil olmaqla, uşaqları, gəncləri zərərli məsələlərdən onları qorumaq üçün qəbul olunan qanunlar yüksək səviyyədə həyata keçsin və bu istiqamətdə maarifləndirmə işləri daha da genişlənsin. ”

Millət vəkili Q.Paşayeva  MM-in payız sessiyasında cəmiyyəti narahat edən məsələlərlə bağlı vacib təkliflərlə çıxış edib

Millət vəkili Q.Paşayeva  MM-in payız sessiyasında cəmiyyəti narahat edən məsələlərlə bağlı vacib təkliflərlə çıxış edib

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin payız sessiyasının ilk iclasında  Azərbaycan Respublikası MM-in payız sessiyasının inzibati işlər planı ilə bağlı müzakirələrində çıxış edərək təhsil kreditləri haqqında qanunun payız sessiyası zamanı müzakirəyə çıxarılaraq qəbul olunmasına çağırıb. Millət vəkili bildirib ki,  maddi imkanlarının aşağı olması üzündən ali təhsilini buraxmaq məcburiyyətində qalan və belə bir çıxılmaz vəziyyətlə üzləşən, xüsusilə rayonlardan, kəndlərdən olan gənclərin sayı artır.  O bildirib ki, çoxlu sayda ali təhsil alan gənclər millət vəkillərinə müraciət edərək ödəniş haqlarını ödəməkdə çətinlik çəkdiklərini və ali təhsili yarımçıq qoymaq məcburiyyətində qaldıqlarını deyirlər. Bu il Tovuzdan ali məktəblərə daxil olan 15 gəncin təhsil haqqını ödəyə bilmədikləri üçün oxumaqdan vaz keçmək istədiyini deyən millət vəkili Q.Paşayeva öz imkanları hesabına, müəyyən imkanlı şəxslərə və qurumlara müraciət etməklə həmin gənclərin təhsil haqlarının ödənişinə nail olduqlarını dedi: “Təhsil haqqının ödənişi ilə yanaşı yataqxanaların sayının azlığı səbəbindən ali məktəblərə daxil olmuş gənclərin xeyli hissəsi kirayələrdə qalaraq oxumalıdır. Kasıb, gəlirləri aşağı ailələr övladlarının həm kirayə, həm yaşamaq, həm də təhsil haqqı ödənişini ödəməkdə ciddi çətinlik çəkirlər və bəzi gənclər bu səbəbdən ali təhsildən imtina edilər ki, bu bizi ciddi narahat etməlidir. Biz kasıb, gəlirləri aşağı olan ailələrin savadlı övladlarının ali təhsil ala bilməsinə daha çox dəstək göstərməliyik. Çünki bəzi ailələrin övladları orta məktəbdə nə qədər yaxşı oxusalar da, bu qədər çətinliyi görüb övladlarına ali təhsil verməkdən vaz keçirlər və bu cür insanların sayının artması bizi ciddi narahat etməlidir və təhsil kreditlərinin yüksək səviyyədə öz həllini tapması da bu cür ailələrin sayının artmamasına kömək edə bilər. Azərbaycanda ali təhsil alan hər üç nəfərdən təxminən ikisinin ödənişli təhsil aldığını nəzərə alsaq təhsil kreditləri məsələsinin və bununla bağlı qanunun qəbul edilməsinin nə qədər önəmli olduğunu görə bilək. Mən təklif edirəm ki, bununla bağlı qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılsın”.  Millət vəkili Q.Paşayeva eyni zamanda gələn ilin büdcəsinin müzakirələri zamanı ali təhsil məktəblərinin yataqxanalarının sayının artmasına, tikintisinə xüsusi diqqət yetirməyin və vəsait ayırmağın və qısa zamanda daha çox yataqxanaların tikintisinə vəsait ayırmağın vacibliyini vurğulayıb. Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin və 1-ci vitse-prezident Mehriban  xanım Əliyevanın hər zaman fiziki və sağlamlıq imkanları məhdud şəxslərə, əlillərə yüksək diqqət və qayğı ilə yanaşdıqlarını, bunun bariz nümunələrindən olan I və II qrup əlillərin ali təhsil haqqından azad edilməsi haqqında  Prezidentin imzaladığı Sərəncamı xüsusi olaraq qeyd edərək, cənab Prezidentə və 1-ci vitse-prezident Mehriban Əliyevaya bir daha təşəkkürünü bildirdi. Millət vəkili bildirdi ki, oxumaq arzusunda olan III qrup əlillər də müraciət edərək onların da təhsil haqqından azad edilməsini xahiş edirlər və III qrup əlillərin təhsil haqqından azad edilməsi məsələsinin yaxın zamanlarda öz həllinin tapması üçün müvafiq qurumlara və MM-ə çağırış edib. Millət vəkili Q.Paşayeva III qrup əlillərin daha çox ali təhsil almasına meylliyin artması istiqamətində bu addımın ciddi stimullaşdırıcı, xüsusi rol oynaya biləcəyini deyib. Millət vəkili Q.Paşayeva 18 yaşına çatmamış uşaqlara energetik içkilərinin satışının qadağan edilməsi təklifi ilə bir daha çıxış edib. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun  uşaqlarda və gənclərdə bu içkilərə aludəçiliyin artmasına əsas səbəblərdən biri olduğunu deyən millət vəkili Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasına çağırıb. Eyni zamanda energetik içkilərin televiziyalarda, KİV-də reklamının uşaqlarda və gənclərdə onlara aludəçiliyə gətirib çıxaran əsas amillərdən biri olduğunu qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı həmkarı Musa Quliyevin “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsinin vacibliyi ilə bağlı təklifini dəstəklədiyini deyib və bununla bağlı zəruri addımların görülməsinə çağırıb. Millət vəkili Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin Milli Məclisdə payız sessiyasının gündəliyinə salınmasını yüksək qiymətləndirib və deyib ki, mütləq bu sessiya çərçivəsində bu qanunun qəbul edilməsinə ehtiyac var və onun müzakirəsi və qəbulunun gələn sessiyalara qalmaması, məhz bu sessiyada qəbul olunmasını minlərlə ailə gözləyir: Bu qanun layihəsinin  qəbuluna ciddi ehtiyac var. Çünki bu qanun layihəsinin qəbulunu illərdir gözləyən insanlarımız, ailələrimiz var. Uzun illər övlad həsrəti ilə yaşayan insanlarımız bu sənədin qəbulunu səbrsizliklə gözləyirlər. Çox xahiş edirəm ki, artıq bu yöndə qanun layihəsi müzakirələrə çıxarılsın və qəbul edilsin, insanların intizarına son qoyulsun. Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun payız sessiyasında qəbulu çox vacibdir .” Millət vəkili Q.Paşayeva eyni zamanda Azərbaycanın işğal olunmuş torpaqları ilə əlaqədar xüsusi qanunun hazırlanmasının vacibliyini qeyd edib və bildirib ki, bu qanunun parlamentdə qəbul olunmasına ehtiyac var və bu, qanunun qəbulu bu sahədə xoşagəlməz halların qarşısının alınmasında önəmli addımlardan biri ola bilər.

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb.
Bu münasibətlə təşkil olunan mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb. Bu ilin sonunadək, ümumilikdə, 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər. Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihəni yüksək dəyərləndirərək deyib: “Bu gün Tovuzun Hunanlar kəndi ərazisində Kür çayına körpə balıqlar buraxıldı. Bu prosesdə kənd əhalisi, xüsusən də uşaqlar iştirak etdilər. Bu layihə həm təbiətimizi qorumaq, həm də təbliğat xarakteri daşıyır. Eyni zamanda, gənclərimizdə flora və faunamızın, təbii ehtiyatlarımızın qorunması düşüncəsi daha da inkişaf edəcək. Təəssüf ki, ekoloji problemlər, o cümlədən brakonyerlərin yaratdığı problemlər səbəbindən çaylarda bir sıra balıq növlərimiz ciddi şəkildə azalır, nəsilləri kəsilir. Bu, ciddi problemlər yarada bilər. Ümid edirəm ki, balıq ovu ilə məşğul olanlar da bu amilə fikir verəcəklər”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün tovuzlular tərəfindən böyük razılıqla qarşılandığını bildirən Q.Paşayeva qeyd edib ki, bu aksiya ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir. Tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar. “Burada Ekologiya və Təbii Sərvətlər naziri yeni bir layihə barədə də məlumat verdi. Meşələrimizin qorunması, ucqar dağ kəndlərində yaşayan insanların istiliklə bağlı probleminin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə ömrü bitmiş ağaclar yaşıllıqlara ziyan vurmadan kəsilərək sakinlərə satılacaq. Bu odunların qiymətləri də yerli əhali üçün sərfəli olacaq. Beləliklə, həm meşələrin qorunmasına, insanların daha uyğun qiymətə odun əldə etmələrinə, ağacların nəzarətsiz kəsilməsi ilə bağlı problemə də son qoyulacaq”, – deyə Q.Paşayeva əlavə edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib: “Bu gün ölkəmizdə balıq ehtiyatlarının artmasına töhfə verdik. Minlərlə balıq körpəsi Kür çayına buraxıldı. Bu cür layihələrin reallaşdırılmasında məqsəd odur ki, su hövzələrindəki balıqların sayı artsın, həm də insanlar çaylarda, dənizdə olan balıq ehtiyatlarının qədrini bilsin, qadağan olunmuş üsullardan istifadə etməklə kütləvi ovlamasınlar. Balıq ehtiyatları min bir əziyyətlə yetişdirilir. İnsanlara bir daha müraciət edirik ki, balıq ovunu sivil qaydada həyata keçirsinlər. Qadağan olunmuş alətlərdən istifadə etməsinlər. Kortəbii və qanunsuz balıq ovu gələcəkdə ciddi problemlər yarada bilər. Onu da bildirim ki, Kür çayında icazəsiz balıq torları qurulur. Elektrik cərəyanlarından istifadə olunur. Bir daha təbiətsevərlərə müraciət edirik ki, icazəsiz balıq ovunun qarşısının alınmasında bizə dəstək olsunlar, brokonyerlərə qarşı çıxış etsinlər”. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinə böyük həvəslə hazırlaşdıqlarını bildirən İ.İbrahimova bildirib ki, artıq Tovuzda da hazırlıq işlərinə başlanılıb. Əhali və müvafiq xidmətlərlə görüşlər keçirilib, əkilməsi nəzərdə tutulan ağaclar tədarük olunur. “Aksiya zamanı hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunacaq. Hesab edirik ki, bu layihə sayəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək, – deyə nazirliyin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Millət vəkili Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib

Millət vəkili Q.Paşayeva İstanbul Türk Ocaqları rəhbərliyi ilə görüşdə Qarabağ həqiqətlərinin Türk dünyasında və dünyada daha geniş yayılması istiqamətində ortaq layihələri müzakirə edib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkəmizə səfər etmiş Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri Cezmi Bayram və Türk Ocaqlarında təmsil olunan alimlər, aydınlar ilə görüşüb. Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Q.Paşayeva bir millət iki dövlət olan Azərbaycan ilə Türkiyənin qeyri-hökumət təşkilatları arasında da əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Türk Ocaqları ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlığın inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirildiyini bildirdi və yeni önəmli layihələrin yaxın zamanlarda həyata keçiriləcəyindən məmunluğunu dilə gətirib. Azərbaycan “Türk Ocağı”nın yenidən bəra edilməsinion vacibliyini qeyd edən millət vəkili Q.Paşayeva bununla bağlı Azərbaycan “Türk Ocağı”nın bərpası konfransının keçirilməsi və özünün Azərbaycan “Türk Ocağı”nın bərpaçılarından biri olmasından qürur duyduğunu deyib, Azərbaycan “Türk Ocağı”nın sədri seçilən “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının rəhbərliyi altında təşkilatın, həm Azərbaycan, Azərbaycan-Türkiyə əməkdaşlığı və Türk dünyası istiqamətində faydalı işlər görəcəyinə inandığını deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayram Azərbaycan “Türk Ocağı”nın bərpasından, bununla əlaqədar keçirilən konfransda iştirak, Türkiyədə Türk Ocaqlarınını qurulmasında böyük əməyi olmuş böyük şəxsiyyət, aləm və ziyalı Əhməd Ağaoğlunun 150 illik yubiley tədbirlərində fəal iştirak etməkdən məmnuniyyət duyduğunu bildirdi və Azərbaycan “Türk Ocağı”na fəaliyyətində uğurlar dilədi, təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışmış, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləmişdir. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir. Görüşdə Türk Dünyasının ortaq tarixi, ədəbiyyatı, mədəniyyətinin gənclərə daha yaxşı öyrədilməsi istiqamətində, türk dünyasının böyük şəxsiyyətlərinin bütün türk dünyası bölgələrində daha geniş tanıdılması istiqamətində, özəlliklə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş duyurulması istiqamətində iki təşkilatın birgə həyata keçirəcəyi layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İstanbul Türk Ocaqlarının başqanı dr. Cezmi Bayrama və Türk Ocaqlarında təmsil olunan alimlərə, aydınlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Aeraşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB adından Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları hədiyyə edib.

Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə  görüşüb, qayğıları ilə maraqlanıb

Millət vəkili Q.Paşayeva Tovuzda sakinlərlə  görüşüb, qayğıları ilə maraqlanıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda sakinlərlə  görüşüb, qayğıları ilə maraqlanıb, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva sakinləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib. Millət vəkili Q.Paşayeva bir sıra fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb.  Sakinlərlə görüşdə  bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı söhbətlər, müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb və Prezident İ.Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib və bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib. Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla onları müzakirə edəcəyinə və həllinə   çalışacağına deyib. Sakinlər ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.